İran Cenevrədə ABŞ-la dolayı danışıqlar zamanı Amerika təyyarələri almağı və neft–qaz sektorunda birgə investisiyaları nəzərdən keçirməyi təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilir ki, Tehran bu cür iqtisadi təşəbbüsləri danışıqlar prosesinin elementi və sanksiya rejiminin yumşaldılmasına doğru mümkün addım kimi qiymətləndirir.
Qeyd olunub ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa nüvə proqramı ilə bağlı müzakirələrin digər məsələlərdən, o cümlədən raket proqramı və Tehrana müttəfiq qruplaşmaların fəaliyyəti məsələsindən ayrılması tövsiyə olunub.
Məlumata görə, Uitkoff paralel diplomatik istiqamətlər ideyasını dəstəkləyib.
Safura Bənnayeva
Globalinfo.az