Rusiya Türkiyəyə yeni səfir təyin edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qərar imzalayıb.
O, xarici işlər nazirinin müavini Sergey Verşinini vəzifəsindən azad edərək Türkiyəyə səfir təyin edib.
Rusiyanın Misirdəki səfiri Georgi Borisenko isə xarici işlər nazirinin müavini təyin olunub.
Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin 27 mart tarixindən Rusiya xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.