ABŞ‑ın Latın Amerikası üzrə ən yüksək səviyyəli hərbi komandanı general Francis Donovan və Pentaqonun aparıcı rəsmisi Joseph Humire gözlənilmədən Venesuelaya səfər ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ nümayəndələri səfər zamanı Venesuelanın müvəqqəti rəhbəri Delsi Rodrigez ilə yanaşı müdafiə və daxili işlər nazirləri ilə də danışıqlar aparıblar.
Görüşlərdə əsasən narkotik qaçaqmalçılığı, terrorçuluq və miqrasiya kimi regional təhlükəsizliyə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, Nikolas Maduro ilə bağlı son hadisələrdən sonra ABŞ‑ın hərbi nümayəndə heyətinin Venesuelaya ilk yüksək səviyyəli səfəridir.
Safura Bənnayeva
Globalinfo.az