“Avropa İttifaqı (Aİ) ölkələrinin siyasətçiləri Slovakiyanın Baş naziri Robert Fitsonu Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinə görə tənqid etsələr də, sonradan bunun nəticələri ilə maraqlanırlar”.
Globalinfo.az xəbər verir ki, bu barədə baş nazirin özü məlumat verib.
“Putinlə görüşürəm, hamı məni tənqid edir. Amma görüşdən qayıdanda Brüsseldə, hətta tualetlərdə belə məndən soruşurlar ki, o nə dedi”, – deyə Fitso bildirib.
Bundan əvvəl Baş nazir 9 may tarixində Moskvada keçiriləcək Qələbə Günü tədbirlərində iştirak etməyi planlaşdırdığını və bu çərçivədə Putinlə görüşə ümid etdiyini açıqlamışdı.
Lakin Litva, Latviya və Estoniya Slovakiya hökumət başçısının Rusiyaya uçuşuna icazə verməyəcəklərini bildiriblər. Bununla onlar Fitsonun Moskvaya səfərinin qarşısını almağa çalışıblar.
Əliyar Xəlil
Globalinfo.az