Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makronun Hindistana səfər zamanı təyyarədən enərkən qeydə alınan görüntüləri müzakirə obyektinə çevriliblər.
Globalinfo.az xəbər verir ki, hadisə Makronların 17–19 fevral tarixlərində Hindistana üçgünlük rəsmi səfəri çərçivəsində baş verib.
Sağçı “Les Patriots” partiyasının lideri Florian Filippot sözügedən videonu paylaşıb.
Yayılan kadrlarda Prezident təyyarənin qapısı açıldıqdan sonra qısa müddətə həyat yoldaşından uzaqlaşır. Bricit Makron isə bir anlıq çaşqın görünür, daha sonra heyət üzvünə müraciət edir. Bir qədər sonra Emmanuel Makron geri qayıdaraq dirsəyini həyat yoldaşına uzadır və cütlük birlikdə pilləkənlərlə enir.
Filippot paylaşımında “Orada tam olaraq nə baş verdi?!” sualını ünvanlayaraq hadisəni istehzalı formada şərh edib.
Xatırladaq ki, daha əvvəl Bricit həyat yoldaşı E.Makrona təyyarədə şillə vurmuşdu.
Tahir Turan
Globalinfo.az