1771089819 d3b462b38f3eab22131c4176730669b6

“X”də problemlər səhər saatlarından başlayıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Bildirilib ki, “X” sosial media platforması nəşrin problemlə bağlı sorğusuna cavab verməyib. “İstifadəçi şikayətlərinə naxmayaraq, platformada “bütün sistemlər işləkdir” yazılıb” , – məqalədə bildirilib.

Xatırladaq ki, oxşar nasazlıq yanvar ayında da yaşanıb və platformanın saibi İlon Mask bunu IP ünvanları Ukraynada olan istifadəçilərin kiberhücuma məruz qalması ilə əsaslandırıb.

Hazırda “X”in Azərbaycandakı istifadəçiləri problemin nisbətən aradan qalxdığını bildirib. Türkiyədə də platformaya giriş və paylaşımlar asanlaşıb, lakin dünyanın bəzi ərazilərində nasazlıq qalmaqdadır.

“Downdetector”un məlumatına görə, əsas giriş problemləri ABŞ-nin xəritədə qırmızı ilə qeyd olunan şəhərlərində qeydə alınıb:

1771089822 4159bc9fc0523843ae8b96336b4dd972

***18:20

İstifadəçilər “X” sosial şəbəkəsinə daxil olmaqda problem yaşayırlar.

Globalinfo.az xəbər verir ki, mobil telefon vasitəsilə giriş mümkün olsa da, tətbiqin işi ləngiyir, platformada donmalar baş verir.

Xidmət kəsilmələrinin monitorinqini aparan “Downdetector” saytının məlumatlarına görə, Bakı vaxtı ilə saat 17:00-dan etibarən “X”ə giriş problemi yaranıb. Kompüter vasitəsilə “X”ə daxil olmaq isə mümkünsüz olub.

Qeyd edək ki, problem Azərbaycanda da yaşanır.

Paylaş: