Videosu etiraz doğuran mərsiyəçi uşaq görün kimin uşaqlığı imiş – FOTO

Videosu etiraz doğuran mərsiyəçi uşaq görün kimin uşaqlığı imiş - FOTO

Sosial şəbəkələrdə mərsiyə deyən yeniyetmə ilə bağlı yayılan video ətrafında müzakirələr səngimək bilmir. İzləyicilərin böyük əksəriyyəti dinimizin bu şəkildə təqdim olunmasını, xüsusən uşaqların belə məclislərə cəlb edilməsini kəskin pisləyiblər.

Globalinfo.az xəbər verir ki, tanınmış ilahiyyatçı Hacı Şahin konkret.az-a açıqlamasında videonun çoxdan çəkildiyini bildirib.

“Çox-çox illər öncə çəkilib. Videodakı roizəxan (mərsiyə deyən adam – red.) Əlirza İsfəndiyarinin uşaqlığıdır. İndi onun qırxdan çox yaşı olar. Həmin mərsiyəni isə Azərbaycanda yox, İranın Ərdəbil şəhərində oxuyub. Ərdəbildə belə dini mərasimlər adi haldır”, – o bildirib.

Videosu etiraz doğuran mərsiyəçi uşaq görün kimin uşaqlığı imiş - FOTO