bu nasil is savcilik epstein in olumunu 19548976 6763 amp 900x600 1

Müxtəlif cinayətlərdə, pedofillikdə ittiham edilən Ceffri Epşteynin sağ olmasa ilə bağlı daha bir iddia gündəmə gətib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bildirilib ki, 2019-cu ildə Nyu-Yorkdakı Metropolitan islah düşərgəsində meyiti tapılan Epşteynin ölümü ətrafında suallar hələ də qalmaqdadır. Milyonlarla səhifədən ibarət sənəd toplusunda həbsxana rəhbərliyinin mətbuat nümayəndələrini çaşdırmaq məqsədilə xüsusi plan hazırladığı iddia olunur.

Nəşrin yaydığı məlumata görə, sənədlərdə bəzi həbsxana əməkdaşlarının qutu və parçalardan insanabənzər maket düzəltdiyi və bu “saxta meyiti” Epşteyn kimi təqdim etdiyi bildirilir.

İddiaların rəsmi qurumlar tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi hələlik məlum deyil. Epşteynin ölümü ilə bağlı araşdırmalar və ictimai müzakirələr isə davam edir.

Digər tərəfdən, müxtəlif mənbələrdə Epşteynin İsrailin Təl-Əviv şəhərində görüldüyü haqda məlumatlar yayılıb.

9952 flas haber iste sapik espteinin yasadiginin en acik kaniti 900x498 2

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: