
Amerikalı maliyyəçi Cefri Epşteynlə bağlı daha bir müəmma ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Belə ki, yayılan sənədlərdə tarix detalı diqqət çəkib:
“ABŞ-ın Manhattan Cənubi Bölgəsi Prokurorluğunun 9 avqust 2019-cu il tarixli sənədində Cefri Epşteynin hücrəsində huşsuz vəziyyətdə tapıldığı və qısa müddət sonra vəfat etdiyi bildirilib. Lakin həbsxana qeydləri göstərir ki, Epşteynin cəsədi 10 avqust səhər saat 06:30-dan sonra, əməkdaşın səhər yeməyi payladığı zaman aşkar edilib. Nyu-York Məhkəmə Tibb İdarəsi onun ölümünü “asma yolu ilə intihar” olaraq qeydə alıb”.
Bildirilib ki, Epşteynin ölümü həm də həbsxanada ciddi nöqsanları üzə çıxarıb:
“Həbsxana qeydləri göstərir ki, qvardiyalar gecə yoxlamalarını yerinə yetirməyib, həmçinin Epşteynin hücrəsinin qarşısındakı ən azı iki təhlükəsizlik kamerası həmin gecə işləməyib. Bu səbəbdən Epşteynin dəqiq ölüm saatı rəsmi olaraq təsdiqlənməyib”.

Safura Bənnayeva
Globalinfo.az