2 1

Güclü qar Cəlilabad və Biləsuvar rayonlarında ciddi fəsadlar törədib.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, yağan qarın ağırlığına tab gətirməyən onlarla ağac sınıb. Həmçinin bəzi yerlərdə elektrik və internet xətləri qırılıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən fəsadların aradan qaldırılması və kommunikasiya xətlərinin bərpası istiqamətində işlər aparılır. Bölgədə qar dayansa da, şaxtalı hava şəraiti davam edir.

Qeyd edək ki, rayon ərazisində qarın hündürlüyü 40, dağlıq ərazilərdə isə 60 santimetri ötüb.

3 1 698b0dd9a9f97698b0dd9a9f981770720729698b0dd9a9f95698b0dd9a9f96 1770733143 d2d9f3132b51e9e8681c56da1918b4b6 1770733149 6b9b95108012160aa875350c25b0cdd5

Paylaş: