vens 2

ABŞ Ermənistana investisiya yatırmaq niyyətində deyil, əsas məqsəd texnologiya satmaqdır.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Suren Sərkisyan ABŞ-ın vitse-prezidenti Cey Di Vensin İrəvandakı bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Vens Ermənistan iqtisadiyyatına milyardlarla dollar investisiya vəd etməyib. Söhbət ABŞ-ın Ermənistana kiçik modul atom reaktorları satmasından gedir. Müqavilənin ümumi dəyəri 9 milyard dollar təşkil edir: 5 milyard dollar avadanlıq, 4 milyard dollar isə yanacaq və texniki xidmət xərcləridir.

Sərkisyan vurğulayıb ki, bu, investisiya deyil, kommersiya əsaslı texnologiya satışıdır. O həmçinin qeyd edib ki, kiçik modul atom stansiyalarının səmərəliliyi və təhlükəsizliyi ABŞ-ın özündə də mübahisə mövzusudur.

Ekspertin fikrincə, Vensin Paşinyana açıq dəstəyi ABŞ-ın Ermənistanın daxili siyasi proseslərinə təsiri kimi qiymətləndirilə bilər. ABŞ-ın regiondakı maraqları isə təkcə Ermənistan və Azərbaycanla məhdudlaşmır, əsas diqqət İran amilinə yönəlib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: