“Avropa yalnız özünə güvənə biləcəyi bir mərhələyə qədəm qoyub”.
Globalinfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə verdiyi müsahibədə deyib.
Onun sözlərinə görə, avropalılar ümidsizdirlər və artıq ABŞ-ın nə qədər irəli getməyə hazır olduğunu başa düşmürlər:
“Məsələ təkcə Qrenlandiya ilə bağlı deyil. Əgər heç nə etməsək, Avropa beş ildən sonra Yer üzündən silinəcək”.
Makron bildirib ki, Qrenlandiyadakı vəziyyət Avropaya təhlükə altında olduğunu göstərir.
Əliyar Xəlil
Globalinfo.az