h

ABŞ Prezidenti Donald Trampın Almaniyadan 5 min hərbçini çıxarmaq planı ölkənin bəzi bölgələrində minlərlə iş yerinin itirilməsi ilə nəticələnə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Spiegel” nəşri Avropa İqtisadi Araşdırmalar Mərkəzinin (ZEW) araşdırmasına istinadən məlumat yayıb.

Bildirilir ki, 1990-cı illərdə təxminən 200 min amerikalı hərbçinin Almaniyanı tərk etməsi regional iqtisadiyyata ciddi zərbə vurub.

Ekspertlərin hesablamalarına görə, hər çıxarılan hərbçi təxminən yarım iş yerinin bağlanmasına səbəb olur:

“İtkilərin 61 faizi yerli şirkətlərin payına düşüb, çünki hərbçilərin və ailələrinin xərclərinin azalması gəlirləri aşağı salıb. Bundan əlavə, zərər çəkən bölgələrdə büdcə gəlirlərində təxminən 9 faiz azalma qeydə alınıb”.

Qeyd edək ki, Donald Tramp apreldə Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılmasını mümkün saymış, daha sonra isə 5 min hərbçinin çıxarılması barədə göstəriş vermişdi.

ABŞ mediası prosesin 6 aydan 1 ilə qədər davam edə biləcəyini yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: