thumbs b c 4d083054f51d5ebe7b696216a1540ef2

Əgər Yaxın Şərqdə hər hansı ölkə nüvə silahı əldə edərsə, bu, regional təhlükəsizlik balansını ciddi şəkildə poza və Türkiyəni müvafiq addımlar atmağa məcbur edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgədə mümkün nüvə silahlanması ilə bağlı narahatlığını ifadə edərkən bildirib.

Onun sözlərinə görə, belə bir ssenari bölgədə silahlanma yarışını qaçılmaz edər.

“Əgər bölgədə kimsə nüvə silahı əldə edərsə, Türkiyə nüvə silahlanması yarışına qoşulmaq məcburiyyətində qalacaq. Bu, bizim istədiyimiz yol deyil, lakin milli təhlükəsizlik baxımından alternativlər məhdudlaşa bilər”, – deyə Fidan qeyd edib.

Xarici işlər naziri vurğulayıb ki, Ankara nüvə silahlarının yayılmasına qarşıdır və diplomatik yollarla problemin həllini dəstəkləyir. Onun sözlərinə görə, Türkiyə beynəlxalq nüvə nəzarəti mexanizmlərinin gücləndirilməsinin və regionda etimad quruculuğu tədbirlərinin tərəfdarıdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: