Rusiyanın İvanovo vilayətində qəzaya uğrayan An-22 təyyarəsindəki bütün heyət üzvləri həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, İstintaq Komitəsində uçuşa hazırlıq qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, qəzaya uğrayan təyyarə Rusiya Müdafiə Nazirliyinə məxsus olub.
***14:35
Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, təyyarə təmirdən sonra uçuş zamanı boş ərazidə qəzaya uğrayıb.
Göyərtədəki 7 nəfərin öldüyü ehtimal edilir.
***14:14
Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarə Müdafiə Nazirliyinə məxsus olub.
“Hərbi-nəqliyyat təyyarəsinin ekipajının öldüyü ehtimal edilir. Xilasedicilər artıq pilotları, onların cəsədlərini axtarırlar. Hələlik təyyarənin qəzaya uğradığı ərazidə – Uvodskoye su anbarında yalnız təyyarənin qalıqları tapılıb”, – deyə bildirilib.
Məlumata görə, An-22 təmirdən sonra planlı sınaq uçuşu həyata keçirirdi.
Safura Bənnayeva
Globalinfo.az