v 11

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Rüfət Əsgərov, Adıgözəl Bəşirov, İsmayıl Mehdiyev və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilb.

Bildirilib ki, əvvəlcə şəhidlərimizin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində və 269 nömrəli orta məktəbdə təşkil edilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda qazanılmış şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin döyüşlərdə göstərdikləri igidlik və şücaət nümunələrindən bəhs edərək onların şərəfli həyat yolundan danışıblar.

Anım mərasimlərində hərbi-vətənpərvərlik mövzusunda bədii kompozisiyalar təqdim olunub.

Sonda şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulmasına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

26605c642aba2d60275837d809d6b9ea

80d5a29cd4e9cb5c28a006c842a6f56ab1707598152b076cf6fa455afad8ee19d4d9a73dd9f81b2c4a937f994bcc996e

Paylaş: