Bu addımların əsas məqsədi ABŞ və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək, mümkün risklərin qarşısını almaq və regionda strateji balansı qorumaq kimi təqdim olunur. Nəşr qeyd edir ki, hücum ehtimalı realdır və bu, hər an baş verə bilər.
Məlumata görə, Vaşinqtonun bu siyasəti bir tərəfdən İranı çəkindirməyə, digər tərəfdən isə müttəfiq ölkələrə siyasi və hərbi dəstək mesajı verməyə xidmət edir.