iran abs

ABŞ və İran qarşılıqlı güzəştlər edərək Oman paytaxtında keçiriləcək danışıqların təşkil olunması barədə razılığa gəliblər. Danışıqların əsas mövzusu İranın nüvə proqramı olacaq, lakin ballistik raketlər və Tehranın dəstək verdiyi silahlı qruplaşmalar da müzakirə edilə bilər. 

Globalinfo.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Məlumata görə, Amerika tərəfi görüşmək üçün razılıq verib və bölgə aktorlarının iştirakı istisna edilib. İran rəsmiləri isə ABŞ ilə birbaşa danışıqlarda iştirak etməyə razılaşıblar.

Mənbələr bildirir ki, tərəflər danışıqları əsasən nüvə proqramı ətrafında qurmaq niyyətindədirlər, lakin ballistik raketlər və pro-İran silahlı qruplar məsələləri də müzakirə olunacaq.

İran əvvəllər bildirib ki, əgər ABŞ gündəmi genişləndirməyi tələb edərsə, danışıqlardan çıxacaq. Buna baxmayaraq tərəflər kompromisə gəlib və görüşün Omanda keçirilməsi qərara alınıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: