
Sosial mediada paylaşılan bir foto Epşteynin sağ olması iddialarının yayılmasına səbəb olub. Fotoda saqqallı və eynəkli bir kişinin iki nəfərin müşayiəti ilə şəhərdə gəzdiyi əks olunub.
Globalinfo.az xəbər verir ki, xarici KİV-də bəzi şərhçilər bu şəxsin Epşteyn ola biləcəyini iddia ediblər.
Bildirilir ki, foto Epşteynin ölümündən sonra yayıldığı üçün diqqət çəkir. İddialar görüntüdəki şəxsin fiziki xüsusiyyətlərinin Epşteynin son fotoşəkilləri ilə oxşar olmasına əsaslanır.
Bununla belə iddia ilə bağlı rəsmi təsdiq və ya hüquqi araşdırma yoxdur.
Qeyd edək ki, bir çox cinayətlərdə ittiham edilən Epşteyn 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapıldıqdan sonra bunun intihar olub-olmaması uzun müddət müzakirə edilmişdi. Yeni sənədlər, görüntülər və təhlükəsizlik məsələlərindəki boşluqlar ictimaiyyətdə “Epşteyn həqiqətən öldümü” sualını yenidən gündəmə gətirib.
Ekspertlər bir foto əsasında nəticəyə gəlməyin mümkün olmadığını bildirirlər.
Safura Bənnayeva
Globalinfo.az