iran 900x599 2

“Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edəndən sonra Tehranın vəziyyəti daha da çətinləşib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Çinin hökumətə bağlı əsas nəşrlərindən biri olan “İnternet Paper” məlumat yayıb.

Bildirilir ki, Avropanın bu addımı diplomatik və siyasi müstəvidə ABŞ və İsrailin İrana qarşı təzyiqlərini tamamlayır:

“Hətta Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyat ehtimalını gücləndirir. İran “ABŞ–Avropa İttifaqı–İsrail” oxu ilə qarşıdurmada daha da təcrid olunub və müdafiə mövqeyinə çəkilib.

Hakimiyyət hazırda iki çətin seçim qarşısındadır: mövcud siyasəti davam etdirmək və bunun nəticəsi olaraq müharibə və beynəlxalq təcridlə üzləşmək, yaxud nüvə materiallarının təhvili, ballistik raket proqramının dayandırılması və proksi qruplarla əlaqələrin kəsilməsi kimi ciddi güzəştlərə getmək. Bu variantın da ölkə daxilində ağır siyasi nəticələri ola bilər. Hazırda top tamamilə İran İslam Respublikasının meydançasındadır”, – deyə qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: