Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan digər ölkələrin, xüsusilə də qonşu İranın daxili işlərinə xarici müdaxilənin bütün region üçün ciddi risklər yaradacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ərdoğan Misirdə Prezident Əbdülfəttah əs-Sisi ilə birgə mətbuat üçün verdiyi açıqlamada deyib.
Türkiyə lideri vurğulayıb ki, İranla bağlı məsələlərin, o cümlədən nüvə sazişi ətrafında yaranan problemlərin həllində ən məqsədəuyğun yol diplomatik üsullardır.
“İranla bütün məsələlərin, xüsusən də nüvə razılaşmasının diplomatik yollarla tənzimlənməsi ən düzgün yanaşmadır”, – deyə Ərdoğan vurğulayıb.
Əliyar Xəlil