ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff İsrailə gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, o, İsrail Baş nazir Benyamin Netanyahu və ölkənin hərbi rəhbərliyi ilə danışıqlar aparacaq.
Qeyd olunur ki, Uittkoffun İsrailə səfəri fevralın 3-nə planlaşdırılıb.
Yanvarın 27-də “The Financial Times” qəzeti İsrailin ABŞ Prezidenti Donald Trampla ABŞ-ın hərbi dəstəyini genişləndirmək üçün yeni on illik təhlükəsizlik müqaviləsi üzrə danışıqlara hazırlaşdığını bildirib.
Əliyar Xəlil
Globalinfo.az