
Avropa Birliyinin İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terror təşkilatı kimi tanımasına cavab olaraq İran hakimiyyəti Aİ-yə üzv ölkələrin silahlı qüvvələrini terror təşkilatları kimi təsnif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf məlumat verib.
Qalibaf bildirib ki, qərar 2019-cu ildə qəbul olunmuş “Əks tədbirlər haqqında” qanunun 7-ci bəndinə əsaslanır. Həmin bəndə görə, İİKK-nın terror təşkilatı kimi tanınmasını dəstəkləyən və ya bu qərara əməl edən bütün ölkələr cavab tədbirləri ilə üzləşəcək.
Medvedev Kiyevi Hitlerin adı ilə hədələdi: “Ya qaçacaqlar, ya da…”
Parlamentin açıq iclasında çıxış edən Qalibafın sözlərinə görə, Avropa ölkələrinin ordularının terrorçu qruplar kimi tanınması məhz bu qanunun tələblərindən irəli gəlir və atılan addımların nəticələrinə görə məsuliyyət Avropa İttifaqının üzərinə düşür.
Qeyd edək ki, “Əks tədbirlər haqqında” qanun 28 aprel 2019-cu ildə ABŞ-ın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımasına cavab olaraq qəbul edilib. Həmin sənəddə bu cür qərarları dəstəkləyən ölkələrə qarşı siyasi və hüquqi tədbirlərin görülməsi nəzərdə tutulur.
Tahir Turan
Globalinfo.az