697f04816d997697f04816d9981769931905697f04816d995697f04816d996

İran Avropa ölkələrinin ordularını “terrorçu” elan edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf plenar iclasda bildirib.

Avropa İttifaqı (Aİ) SEPAH-ı terror təşkilatı kimi tanısa, Avropa ölkələrinin orduları da terrorçu qrup hesab olunacaq. “SEPAH-ın Terror Təşkilatı kimi bəyan edilməsinə qarşı əks tədbirlər haqqında” qanunun 7-ci maddəsinə əsasən, belə bir qərar avtomatik olaraq Avropa ölkələrinin ordularına da şamil ediləcək. Bu addımın bütün siyasi və hüquqi nəticələrinə görə məsuliyyət birbaşa Avropa İttifaqının üzərinə düşəcək”, – deyə Qalibaf qeyd edib.

Plenar iclasda parlament sədri çıxışını millət vəkilləri ilə birlikdə “Amerikaya ölüm olsun!” şüarı ilə sonlandırıb.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: