“Bu il sentyabrın 1-dən etibarən Rusiya universitetlərində “bakalavr” və “magistr” dərəcələri ləğv ediləcək, baza və ixtisaslaşmış ali təhsillə əvəz olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Kseniya Qoryaçeva deyib.
Deputatın sözlərinə görə, onların əvəzinə baza ali təhsil və ixtisaslaşmış ali təhsil formatları tətbiq olunacaq:
“Bakalavr–magistr” formulu əvəzinə bu sistem tətbiq olunur: baza ali təhsil – ixtisasdan asılı olaraq 4 ildən 6 ilədək müddətdə; ixtisaslaşmış ali təhsil isə 1–3 il davam edəcək. Bu, mahiyyət etibarilə peşəkar, idarəetmə və elmi-tədqiqat istiqamətlərini əhatə edən magistraturanın yenilənmiş formatıdır”.
Qoryaçeva həmçinin qeyd edib ki, aspirantura ayrıca peşə təhsili səviyyəsi hesab ediləcək.
Safura Bənnayeva
Globalinfo.az