Aktrisa Məsumə Babayeva Yeni Suraxanı qəbiristanlığında dəfn edilib.
Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, Mədəniyyət Nazirliyinin əməkdaşları və sənət dostları iştirak ediblər.
*** 24.01.2026/20:24
Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
***18:25
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva vəfat edib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının mətubuat xidmətinin rəhbəri Samirə Əşrəf xəbər verib.
O bilidirib ki, aktrisa bu gün axşam saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Allah rəhmət eləsin.