sahil 1

Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzinə yeni direktor təyin edilib.

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, nazir Sahil Babayevin əmri ilə Emin Şahin oğlu Aslanov sözügedən vəzifəyə təyin olunub. Digər əmrlə Elm-Tədris Mərkəzinin hazırkı direktoru Nəsirov Fuad Ramiz oğlu vəzifəsindən azad edilib.

Qeyd edək ki, Emin Aslanov uzun illər ləğv edilən Muğan Bankın “Həyat” filialının müdiri olub. O, 2023-cü ildə elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Qərbi Kaspi Universitetində “Mühasibat Uçotu” və “Maliyyə” ixtisasları üzrə Dövlət Attestasiya Komissiyasının sədri təyin edilmişdi.

1982-ci ildə anadan olan Emin Aslanov Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən, 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını alıb.

6a2361a98423cf5d6711f4197114cdc6 5111cb90 7313 4cbb ab1f 246feafecbda

Paylaş: