ABŞ prezidenti Donald Trampın təyyarəsi İsveçrəyə çatıb.
Globalinfo.az xəbər verir ki, onun təyyarəsi təhlükəsiz şəkildə eniş edib.
O, Davosda Dünya İqtisadi Froumunda iştirak edəcək.
***10:11
ABŞ Prezidenti Donald Trampın İsveçrənin Davos şəhərinə yola düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, təyyarənin göyərtəsindəki nasazlıq aradan qaldırılıb.
*** 09:45
ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə texniki problem səbəbindən geri qayıdır.
Globalinfo.az məlumatına görə, bu barədə “CNN” mənbəyə istinadən xəbər yayıb.
“Reys texniki problemlər səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdır”, – deyə bildirilib.
Safura Bənnayeva
Globalinfo.az