3 58 scaled

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli növbəti dəfə ictimai müzakirələrin mərkəzinə düşüb. Buna səbəb yanvarın 20-də Şəhidlər xiyabanını ziyarəti zamanı çəkilən və sosial şəbəkələrdə yayılan bir foto olub.

Globalinfo.az xəbər verir ki, sözügedən fotoda İsa Həbibbəylinin yağış altında ziyarət zamanı bir nəfər tərəfindən başı üzərində çətir tutulması sosial mediada ciddi tənqidlərə yol açıb. Hətta bəzi paylaşımlarda bu hadisə Prezident İlham Əliyevin ictimai tədbirlərdə çətirlə davranışı ilə müqayisə edilib.

Qeyd edək ki, İsa Həbibbəyli vaxtaşırı özünün gözlənilməz açıqlamaları, rəftarları ilə gündəmə gəlir. O, dövlətə xəyanət maddəsi ilə barəsində həbs qərarı çıxarılan AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevlə bağlı ziddiyyətli mövqeyə görə müzakirə olunurdu. İ.Həbibbəyli bir çıxışında R.Mehdiyev haqda müsbət fikirlər səsləndirir, digər açıqlamasında onu sərt tənqid edir. Çıxışının biri Mehdiyev vəzifədə olduğu dövrə təsadüf edir, digəri isə vəzifədən gedəndən sonraya. Buna baxmayaraq, AMEA-nın indiki prezidenti bu açıqlamalarına görə qınanır.

Xatırladaq ki, İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli Dövlət Təhlükəsizlik Xidmətinin 2022-ci ilin sonlarında Naxçıvan Muxtar Respublikasında apardığı antikorrupsiya tədbirləri çərçivəsində yol verdiyi yeyinti faktına görə vəzifədən çıxarılıb. O, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin rəisi vəzifəsini tuturdu.

Foto “Yeni Sabah”a məxsusdur.

pensiya 6

Paylaş: