priqojin

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin ölkə xaricindən kənarda təbii sərvətlərdən 250 milyon dollar qazanıb.

Globalinfo.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

Bildirilib ki, Qərbin tətbiq etdiyi sanksiyalar Priqojinin maddi vəziyyətinə olduqca az təsir edib.

Qeyd edək ki, “Vaqner”çilərin hələ 2018-ci ildə Sudan və Mərkəzi Afrika Respublikasının hökumətlərinə üsyançılarla mübarizədə dəstək məqsədilə Afrikaya göndərildiyi barədə xəbərlər yayılmışdı. Əslində isə özəl şirkətlərin orada təbii sərvətlərin (əsasən qızıl – red.) istismarı ilə məşğul olduğu ortaya çıxmışdı.

Paylaş: