Türkiyə Ermənistandakı seçkilərdən əvvəl Baş nazir Nikol Paşinyana dəstəyini ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Nazir deyib ki, rəsmi Ankara 2026-cı il seçkilərindən əvvəl Nikol Paşinyanı dəstəkləyir.
“Paşinyanın hazırda rəy sorğularında liderlik etdiyini görürük. Onun oynadığı konstruktiv rolu həqiqətən dəstəkləyirik. Bu xətt və iradə davam etməlidir”, – deyə Fidan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az