1512240362 p1543993241

Rusiya Prezidenti Vladimir Putin onlayn abunə xidmətlərindən istifadəçi icazəsi olmadan ödənişlərin silinməsini qadağan edən qanunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə hüquqi aktın rəsmi saytında yerləşdirilən məlumatda bildirilib.

Qeyd olunub ki, istifadəçi bank kartını şəxsi hesabından çıxardıqdan sonra xidmət provayderi artıq ödəniş götürə bilməyəcək.

Qanuna əsasən, onlayn abunə təminatçıları alıcı tərəfindən silinmiş kart məlumatlarını istifadə etməməli və ödənişləri davam etdirməməlidir.

Yeni qaydalar 2026-cı il martın 1-dən qüvvəyə minəcək.

Tahir Turan
Globalinfo.az

Paylaş: