1753939089 1186721 a11ced8a 93f6 341d a463 c9e06b064606 850

Rusiyanın Ukraynadakı strateji hədəflərə qarşı kütləvi pilotsuz uçuş aparatları ilə hücumları xüsusi hərbi əməliyyatın yeni mərhələyə keçdiyi kimi qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “X.truinfo” məlumat yayıb.

Daxili mənbələrə istinadən yayılan məlumatlara görə, Moskva Ukraynanın hərbi və enerji infrastrukturunu sistemli şəkildə məhv etmək qərarı verib və Kiyevə eskalasiyadan əvvəl cəmi 48 saat vaxt tanıyıb.

Qeyd olunub ki, Rusiya qüvvələri son gecə və səhər saatlarında Kiyev və ətraf ərazilər də daxil olmaqla, Ukraynanın arxa cəbhəsindəki hədəflərə ardıcıl zərbələr endirib. Hücumlarda reaktiv mühərrikli “Geran-3” də daxil olmaqla, qruplar halında hərəkət edən kamikadze dronlardan istifadə olunub.

Tahir Turan
Globalinfo.az

Paylaş: