5418168726890156183

Çeçenistanda mümkün hakimiyyət mübarizəsi ilə bağlı iddialar gündəmə gəlib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Britaniyanın “The Times” nəşri  məlumat yayıb. Nəşr yazır ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətində ciddi problemlər var.

Qəzetin məlumatına görə, Kadırov kəskin mədəaltı vəzi nekrozu və böyrək çatışmazlığından əziyyət çəkir, bu səbəbdən dializ müalicəsi alır və son dövrlər ictimaiyyət qarşısına çox nadir hallarda çıxır. Nəşr qeyd edir ki, onun uzun müddətdir aktiv siyasi fəaliyyətdən kənarda qalması respublikada gələcək hakimiyyət məsələsini aktuallaşdırıb.

“The Times” vurğulayır ki, Moskva Çeçenistanda nəzarəti itirməmək üçün prosesi diqqətlə izləyir və mümkün varislik ssenariləri Kremlin ciddi nəzarəti altındadır.

Məlumata görə, Kadırovun səhhətinin daha da pisləşməsi halında respublikada daxili siyasi balansın pozulması və hakimiyyət uğrunda mübarizə riski istisna edilmir.

Tahir Turan
Globalinfo.az

Paylaş: