Slovakiyanın Baş naziri Robert Fitso Böyük Britaniya və Fransanın Ukraynaya qoşun göndərilməsi ilə bağlı planlarını qəsdən törədilmiş təxribat kimi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Onun sözlərinə görə, bəzi Avropa ölkələri bu cür addımlarla Rusiyanı bilərəkdən daha genişmiqyaslı münaqişəyə cəlb etməyə çalışırlar.
Fitso bildirib ki, İkinci Dünya Müharibəsində Sovet İttifaqının keçmiş müttəfiqləri olan ölkələrin bu gün belə təşəbbüslərlə çıxış etməsi ciddi suallar doğurur.
“Öz-özümə sual verirəm: bu, sülhəmi, yoxsa müharibəyəmi xidmət edir? Biz nəyin bahasına olursa-olsun müharibəyə başlamaq istəyirik? Bu, əslində nə ilə bağlıdır?” – deyə Slovakiya hökumət başçısı vurğulayıb.
Tahir Turan
Globalinfo.az