iran

İranda etirazlar zamanı ölənlərin sayı 116-ya çatıb.

Globalinfo.az xəbər verir ki, onlardan yeddisi 18 yaşdan kiçik, dördü isə yaralılara köməklik göstərən dörd tibb işçisidir.

Bildirilib ki, həmçinin 37 hərbçi və ya təhlükəsizlik işçisi, bir prokuror müxtəlif səbəblərdən ölüb.

“14 gün ərzində saxlanılanların ümumi sayı 2638 nəfərə çatıb”, – deyə əlavə edilib.

Qeyd edək ki, bir neçə gündür İranın 31 əyalətinin 185 şəhərində etirazlar davam edir.

Paylaş: