qeza

Zaqatala rayonunun Suvagil kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Paylaş: