zaxarova 1 900x506 2

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova BMT-nin təcili iclasında Venesuela haqda ən çox istifadə olunan sözü açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Sputnik Radiosu”na danışıb.

“Mən “şok” sözünü demək olar ki, iclasın ilk dəqiqələrindən eşitməyə başladım. Burada bir çox insan, o cümlədən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya həmin sözdən istifadə etdilər”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, 5 yanvarda Venesuela lideri Nikolas Maduronun ABŞ-da  narkotik kartelinin yaradılması ilə bağlı cinayətlərə görə məhkəməsi başlayıb.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: