Bu gün saat 00:50 radələrində dəm qazından zəhərlənmə şübhəsilə 2 nəfər (1 qadın, 1 kişi) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Globalinfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
“Onlara dəm qazının toksiki təsiri diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. 1965-ci il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2025-ci il təvəllüdlü şəxs yaxınlarının istəyilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib”, məlumatda qeyd olunub.
Qeyd edilib ki, hadisə nəticəsində 1962-ci il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.
X X X
Qusarda kişi arvadı və nəvəsi dəm qazından zəhərlənib.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb.
Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E. Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib.
R.Əlisultanov hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.
Araşdırmalar aparılır.