16 voleybolçu dağıntılar altında qalaraq həlak olub

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində daha 16 voleybolçu dünyasını dəyişib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Voleybol Federasiyası məlumat yayıb.

Şimali Kipr Türk Respublikasına məxsus voleybol komandasının 16 üzvü dağıntılar altında qalaraq həlak olub.

Adı açıqlanmayan klub Adıyamandakı hotellərdən birində məskunlaşmışdı.