Venezuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı ABŞ ordusu tərəfindən əsir götürülüb.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp açıqlayıb.
Tramp ABŞ ordusunun Venezuelada keçirdiyi əməliyyatların uğurlu olduğunu bildirib. O, Maduro və həyat yoldaşının ələ keçirildiyini, təfərrüatların daha sonra açıqlanacağını söyləyib.
“BBC”nin məlumatına görə, Maduro və xanımı ABŞ-ın ən yüksək səviyyəti antiterror bölməsi olan “Delta Force”un əməliyyatı ilə saxlanılıb. Hər ikisinin artıq Venezueladan çıxarıldığı bildirilir.
Bir müddət öncə Vaşinqton Maduronun saxlanılması üçün faydalı ola biləcək məlumatların verənlərə 50 milyon dollar vəd etmişdi.
Əliyar Xəlil
Globalinfo.az