İsveçrədə baş verən dəhşətli yanğının səbəbi məlum olub.
Globalinfo.az xəbər verir ki, istintaqın ilkin versiyasına görə, yanğın tavana yaxın yerləşdirilmiş ampan şüşələrinin üzərindəki benqal şamlarından başlayıb.
Hadisənin miqyasını tavanın akustik köpük örtüyü daha da ağırlaşdırıb. Bildirilir ki, bu material dərhal alışaraq alovun sürətlə yayılmasına səbəb olub.
Xatırladaq ki, faciə Yeni il gecəsi Kran-Montana kurortunda baş verib. Nəticədə azı 40 nəfər ölüb, 119 nəfər yaralanıb. Yaralıların çoxunun vəziyyəti son dərəcə ağırdır.
Həlak olanların əksəriyyəti gənclərdir. Bəzi cəsədlər tanınmaz hala düşdüyündən şəxsiyyətin müəyyən edilməsi metal bəzək əşyaları vasitəsilə aparılır.
Qurbanlar arasında 16 yaşlı italiyalı qolfçu Emanuele Qaleppini də var.
İsveçrə Prezidenti Gi Parmelen baş verənləri “ölkə tarixindəki ən ağır fəlakətlərdən biri” adlandırıb.
Hakimiyyət orqanları ölkədə beşgünlük matəm elan edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də faciə ilə əlaqədar İsveçrə liderinə başsağlığı verib.
Aysel Əliyeva
Globalinfo.az