aktisa

Fransanın məşhur aktrisası Bricit Bardo ölümündən bir müddət əvvəl vəsiyyətini dəyişdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, o, cəsədinin dənizkənarı villasının bağçasında deyil, qəbiristanlıqda dəfn edilməsinə qərar verib.

“Dəfn mərasimi yanvarın 7-də cənub kurort şəhəri olan Sen-Tropedəki dənizkənarı qəbiristanlıqda keçiriləcək.

Son illərində Bardot tez-tez bağçasında dəfn olunmaq istədiyini bildirirdi. Lakin naməlum səbəblərdən son vəsiyyətini dəyişdirdi”, – deyə bildirilib.

Xatırladaq ki, Bricit Bardo 28 dekabrda 91 yaşında vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.

Günel Cəlil
Globalinfo.az

Paylaş: