WhatsApp Image 2024 08 02 at 10

Azərbaycandan gətirilən benzin Ermənistanda dekabrın 23-də satışa çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.

 Qeyd edilib ki, “Ran Oil” stansiyalarında -95 benzininin litri 430 dram (1,93 AZN)-a satılmağa başlayıb.

“Bu, premium benzinin hazırkı bazar qiymətindən, yəni 520 dramdan xeyli aşağıdır. Azərbaycandan gətirilən -95 Rusiya yanacağından 17% aşağı qiymətə satılacaq. Birbaşa idxal etmək əvəzinə, topdansatış yanacaq satıcısından 600 ton Azərbaycan benzini alınıb”, – deyə Azərbaycan yanacağını alan “Meqa Trade” şirkətinin direktoru Karen Airiyan bildirib. 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: