Almaniyanın müdafiə naziri Boris Pistorius Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Aİ qoşunlarının Ukraynaya göndərilməsi planını tənqid edib.
Globalinfo.az bildirir ki, bu barədə “n-tv” kanalı məlumat yayıb.
Pistorius Avropa İttifaqının silahlı qüvvələri yerləşdirmək səlahiyyətinin olmadığını vurğulayıb. Sülh danışıqları başlayana qədər bu cür təşəbbüsləri ictimai müzakirələrdən çıxarmağa çağırıb.
“Aİ-nin qoşun yerləşdirmək üçün nə səlahiyyəti, nə də səriştəsi var. Mən belə fikirləri təsdiqləməkdən və şərh etməkdən çəkinirəm. Belə məsələlərin açıq müzakirəsi tamamilə yanlışdır”, – Pistorius vurğulayıb.
Əliyar Xəlil