1lz33iqgCkCdixxWfUzVd8bZNP2f1581xgw5GB0I 1200 30

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın ölümü ilə nəticələnən qəza ilə bağlı yeni məlumat əldə edilib.

Globalinfo.az-ın xəbərinə görə, Teleqraf-ın sorğusuna cavab olaraq, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 22.12.2025-ci il tarixində saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.

1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

***

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Paylaş: