Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın ölümü ilə nəticələnən qəza ilə bağlı yeni məlumat əldə edilib.
Globalinfo.az-ın xəbərinə görə, Teleqraf-ın sorğusuna cavab olaraq, Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 22.12.2025-ci il tarixində saat 19:40 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1 nəfər (kişi) hospitalizasiya olunub.
1967-ci il təvəllüdlü şəxsə (kişi) sol baldır sümüklərinin yerdəyişən sınığı, sirkə kasasının sınığı diaqnozları təyin edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Hadisə nəticəsində 1 nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
***
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
