Avropa Miladı müharibəsiz qarşılayacaq, lakin müharibə təhlükəsi hələ arxada qalmayıb.
Globalinfo.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban TV2-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzi siyasətçilər Rusiyaya qarşı birbaşa qarşıdurmaya sürükləməyə çalışır.
Orban vurğulayıb ki, Avropada müharibəyə hazırlıqlar bağlı qapılar arxasında davam edir və Brüsseldə keçirilən Aİ sammitində Ukraynaya Rusiyaya qarşı əməliyyatları maliyyələşdirmək üçün iki il ərzində 90 milyard avro faizsiz kredit verilməsi qərarı bu gərginliyi daha da artırır.
Baş nazir əlavə edib ki, hazırkı vəziyyət NATO daxilində ciddi fikir ayrılıqlarını ortaya çıxarıb:
“ABŞ böhranı sülh yolu ilə həll etməyi dəstəkləyir, Avropa müttəfiqləri isə döyüş meydanında əməliyyatların davam etdirilməsini istəyir. Biz müharibəyə o qədər yaxınıq ki, Macarıstan ictimaiyyəti bunu təsəvvür belə edə bilmir”.
Tahir Turan
Globalinfo.az