1766432437.025242aa 99e3 4144 a31a 3cc0141cf1a4

Dekabrın 22-də keçirilən Azərbaycan Badminton Federasiyasının ümumi yığıncağında federasiyanın rəhbərliyinə seçkilər baş tutub.

Globalinfo.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov növbəti 4 il müddətinə yenidən bu vəzifəyə seçilib.

Eyni zamanda Kəmalə Şahbazova və Teymur Hüseynov vitse-prezident, Ceyhun Məmmədəliyev və Natavan Məmmədova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Yığıncağın sonunda çıxış edən Taleh Ziyadov göstərilən etimada görə təşəkkür edib və federasiyanın qarşıdakı dövr üçün fəaliyyət planlarını açıqlayıb.

Paylaş: