aleksandar vucic

“Serbiya parlamentinə növbədənkənar seçki 2026-cı ilin sonlarında keçiriləcək”.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində zamanı deyib.

“Beş-altı ay ərzində bir neçə bələdiyyədə seçkisi keçiriləcək və mən növbəti ilin sonunda növbədənkənar parlament seçkisinin baş tutacağını gözləyirəm”, – deyə o bildirib.

Serbiya prezidenti, həmçinin parlament binasının qarşısındakı çadır düşərgəsini sökməyi xahiş edib.

Paylaş: